BMT: `Türkiyədə ciddi insan haqları pozuntuları edilib`


20:59     11 Mart 2017 bmt%20aa.jpg

BMT İnsan Haqları Təşkilatı Türkiyədə PKK ilə atəşkəsin başa çatdığı 2015-ci ilin iyulundan aparılan əməliyyatlarda təxminən iki min adamın öldüyünü və ciddi insan haqları pozuntularının edildiyini açıqlayıb.


BMT-nin insan hüquqları üzrə ali komissarı Türkiyəni bu pozuntuları və ölümləri araşdırmağa çağırıb. BMT-nin insan hüquqları üzrə ali komissarının mətbuat katibi Rupert Kolvill çıxışında "Şübhəlilərdən, ya da etiraz aksiyalarına iştirak edənlərdən bir nəfərin belə həbs edilmədiyi kimi mühit görünür.

Türkiyə hökuməti bölgəyə girməyə də icazə verməyib. Ancaq bu hesabatda yer alan önəmli iddiaları da rədd edir", - deyib. 25 səhifəlik hesabatda PKK hücumlarında azı 800 təhlükəsizlik əməkdaşının öldüyü, bir çoxunun yaralandığı qeyd edilib. Bununla yanaşı, BMT nümayəndələrinin regiona buraxılmaması səbəbindən hesabatdakı məlumatların peyk fotoşəkilləri, şəxsi və hüquqi şəxslərin açıqlamalarından əldə edildiyi bildirilib.

BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Rayad əl-Hüseyn isə Türkiyənin 15 iyul dövlət çevrilişi cəhdi və bir sıra terror hücumuna cavab verərkən yaşadığı mürəkkəb prosesi anladığını sözlərinə əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1012